
Yanğın binanın 10-cu mərtəbəsində baş verib.
Bakıda hündürmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Anspress-ə verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında baş verib.
Belə ki, yanğın Neapol küçəsi, 66 ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsində baş verib. Birinci çağırışla hadisə yerinə 2 yanğınsöndürən maşın yollanıb. Yanğın söndürülüb.
İlkin ehtimala görə, 10-cu mərtəbədəki elektrik xətlərində qısaqapanma olub və yanğın da buradan yaranıb. Yanğının baş vermə səbəbləri dəqiqləşdirilir.
Qaynar.info