
Bakıda yeniyetmə qız itkin düşüb.
Səbail rayon Polis İdarəsindən "lent.az"a verilən məlumata görə, paytaxt sakini Malik Nəcəfov müraciət edərək bildirib ki, bacısı qızı 1997-ci il təvəllüdlü Rəfiqə Hüseynova iyulun 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yeniyetmə qız evdən çıxarkən parka gedəcəyini deyib. Lakin həmin gündən ondan heç bir xəbər almaq mümkün olmayıb.