Xəbər lenti

Bakıda 17 yaşlı oğlan özünü 7-ci mərtəbədən atdı - YENİLƏNİB, FOTO
Ölkə14:55 15.01.2014

Bakıda 17 yaşlı oğlan özünü 7-ci mərtəbədən atdı - YENİLƏNİB, FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda intihara cəhd edən oğlanın kimliyi məlum olub.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında, Babək prospekti-94 ünvanında yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihara cəhd edən yeniyetmə 1997-ci il təvəllüdlü İsmayıl Raqif oğlu Əhmədovdur. R. İsmayılov ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Polisdən, həmçinin bildirilib ki, R. İslamov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdidir.

18 19

Bakıda intihara cəhd olunub. Hadisə saat 17.00 radələrində Babək prospekti - 94 ünvanında qeydə alınıb.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan 17 yaşlı oğlan hündür mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.
 
Ağır xəsarətlər alan gənc 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Qaynar.info