Xəbər lenti

Bakıda 21 yaşlı qızın puç olan taleyi
Ölkə06:11 19.10.2013

Bakıda 21 yaşlı qızın puç olan taleyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün saat 19:49 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində 21 yaşlı qız qəflətən dünyasını dəyişib.

Rayon Polis İdarəsinin 37-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25/19 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Nərgiz Sadıxova ölüb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, dünyasını dəyişən qız uzun müddətdir narkotika aludəçisi olub. Onun ölümünün səbəbləri isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Qaynar.info