Kriminal Ötən gecə saat 12:00 radələrində Bakının Xətai rayonu ərazisində 23 yaşlı gənci amansızcasına qətlə yetiriblər.
Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsindən anspress-ə verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsində baş verib. Bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis əməkdaşalrı cəlb olunub. Araşdırmalar zamanı öldürülən şəxsin 1991-ci il təvəllüdlü Firudin Rəşid oğlu Cəfərov olduğu məlum olub. Onun ürək, qarın və boyun nahiyyəsində çoxsaylı bıçaq zərəbələri olub. Onun nə səbəbə və kim tərəfindən qətlə yetirildiyi araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qaynar.info