Xəbər lenti

Bakıda 25 min polis səfərbər edildi
Ölkə08:40 11.06.2015

Bakıda 25 min polis səfərbər edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“İyun ayının 12-dən 28-dək Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında 25 min polis işçisi ictimai təhlükəsizliyi qoruyacaq”. 
Bunu azvision.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov deyib. 
DİN rəsmisi bildirib ki, ictimai təhlükəsizliyi qoruyacaq əməkdaşlar arasında xanım polis əməkdaşları da var: “Xanım polislər də Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Onlar da ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb olunublar”.
Qaynar.info