Xəbər lenti

Bakıda 26 yaşlı oğlanı 14 min dollara terrorçu etmək istədilər - Şok təklif
Ölkə09:30 04.01.2017

Bakıda 26 yaşlı oğlanı 14 min dollara terrorçu etmək istədilər - Şok təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasıan qoşulmaq təklif olunub.
Qaynarinfo.Az report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib. 
O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng mərkəzinə məlumat verib. 
O, daha sonra Suraxanı RPİ-ə ərizə yazaraq bildirib ki, 2016-ci il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.
Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. 
Qaynarinfo.Az