Xəbər lenti

Bakıda 27 yaşlı qızın başını kəsən şəxs həbs edildi
Ölkə07:20 28.12.2013

Bakıda 27 yaşlı qızın başını kəsən şəxs həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rafiq Eldar oğlu Ələkbərov polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb

Bakıda 27 yaşlı qızın başını kəsən şəxs həbs edilib.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dərnəgül qəsəbəsindəki yataqxanada, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımovanın başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən, 1980-ci il təvəllüdlü Rafiq Eldar oğlu Ələkbərov saxlanılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə dekabrın 27-də Dərnəgül qəsəbəsində qeydə alınıb. 

Qəsəbə ərazisində yerləşən yataqxanada Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımova naməlum şəxs tərəfindən başı kəsilərək qətlə yetirilib.

Qaynar.info