Xəbər lenti

Bakıda 28 yaşlı gənci bıçaqladılar
Ölkə13:38 19.10.2013

Bakıda 28 yaşlı gənci bıçaqladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hadisə gecə saatlarında Binəqədi rayonunda baş verib

Bu gün saat 00:58-də Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin müstəntiqi Zaur Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, I Mədən 43-cü korpus, DSK yolunda 28 yaşlı Famil Məmməd oğlu Məmmədov bıçaqlanıb. Hadisə ərazidəki supermarketin qarşısında baş verib. Yaralı təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Qaynar.info