Xəbər lenti

Bakıda 3 məktəb direktoru cəzalandırıldı
Ölkə08:33 25.04.2024

Bakıda 3 məktəb direktoru cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının 3 məktəbində nöqsanlar aşkar olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb. 
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb.
Məktəb direktorlarına sənədləşmə, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.
Qeyd edək ki, səmərəli tədris mühitinin formalaşdırılmasına nail olmaq məqsədilə keçirilən monitorinqlər davamlı xarakter daşıyır.