Bakıda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən Qaynar.info-ya verilən məlumata görə, hadisə sentyabrın 5-də Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb.
Naməlum şəxs bıçaqla İmişli rayon sakinləri - Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova xəsarət yetirib.
Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info