Xəbər lenti

Bakıda 3 oğru qadın tutuldu
Ölkə07:45 28.11.2013

Bakıda 3 oğru qadın tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda müxtəlif oğurluqlarda şübhəli bilinən 3 qadın tutulub. Qadınlardan əvvəllər də məhkumluq həyatı yaşayan biri bir neçə oğurluqda ittiham olunur


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 27-si saat 07 radələrində Vüsal Ramazanovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən oğurluğa cəhd olunub. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Mətanət Hüseynova yaxalanıb. Müəyyən olunub ki, o, noyabrın 22-də Babəli İsbatovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən 2 ədəd bankomat kartı və şəxsi sənəd, noyabrın 25-də isə Cəmilə Qurbanovanın mənzilindən, açıq qapıdan keçmə yolu ilə pul, 1 cüt qızıl sırğa, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartları oğurlayıb.

Noyabrın 27-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Röya Bağırovaya məxsus, içərisində 120 manat, 100 ABŞ dollar, 50 Avro və 2 ədəd bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Roza Ağammədova Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Həmin bölmənin əməkdaşları həmin prospektdə yerləşən ticarət mərkəzində oğurluq etmiş daha bir qadını tutublar. Bu dəfə noyabrın 23-ü saat 15 radələrində Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində, orada işləyən Bakı şəhər sakini Minəxanım Əliyevanın 160 manat pulunu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Könül Salmanova tutulub.


Qaynar.info