Qan içində uzanan yaralını hadisə şahidləri xəstəxanaya çatdırıblar
Bu gecə saat 00:30 radələrində Bakının Binəqədi rayonu ərazisində 33 yaşlı kişi ürək nahiyyəsindən bıçaqlanıb. Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 9-cu mikrorayon, M.Cəlal küçəsində 1980-ci il təvəllüdlü Qabil Hacıyev çoxsaylı bıçaq xəsarətləri alıb.
Q.Hacıyevi qan içində tapan hadisə şahidləri onu xəstəxanaya yerləşdiriblər.