Xəbər lenti

Bakıda 36, rayonlarda 40 dərəcə isti
Ölkə08:21 07.08.2014

Bakıda 36, rayonlarda 40 dərəcə isti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda 36, rayonlarda 40 dərəcə isti olacaq

Avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal küləyinin arabir güclənəcəyi ehtimalı var.
 
Havanın temperaturu gecə 22-27, gündüz 31-36 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
 
Lakin axşam və gecə şimal və qərb rayonlarının bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Qaynar.info