Xəbər lenti

Bakıda 37 yaşlı kişi benzin tökərək özünü yandırdı
Ölkə17:12 01.12.2016

Bakıda 37 yaşlı kişi benzin tökərək özünü yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə Sabunçu rayonu R.Axundov küçəsi 10 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Fərzani Cəbrayılov üzərinə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. F.Cəbrayılov yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun dindirilməsi mümkün olmadığından intihara cəhd etməsinin səbəbləri bilinmir.

Qeyd edək ki, F.Cəbrayılov əvvəllər məhkumluq həyatı yaşayıb.(Report)

Qaynarinfo.Az