Xəbər lenti

Bakıda 38 yaşlı kişi diri-diri yandı
Ölkə10:13 14.12.2013

Bakıda 38 yaşlı kişi diri-diri yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FHN əməkdaşları yanmış meyit aşkarlayıblar.

Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dünən Sabunçuda kirayədə yaşayan şəxs yatdığı yerdə yanaraq ölüb.

Məlumata görə, 3 otaqlı mənzildə baş verən yanğını söndürən FHN əməkdaşları burada kirayədə yaşayan 1975-ci il təvəllüdlü Qurbanov Sədulla Bəhərçin oğlunun yanmış meyitini aşkarlayıblar.

Qaynar.info