Xəbər lenti

Bakıda 4 avtomobil toqquşdu: ölən və yaralananlar var
Ölkə19:30 07.01.2017

Bakıda 4 avtomobil toqquşdu: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.
Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.
Artıq baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində 4 minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Vaz” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:49-da başa çatıb.
Qaynarinfo.Az