Xəbər lenti

Bakıda 4 maşını yandıran şəxs tutuldu
Ölkə09:00 09.07.2015

Bakıda 4 maşını yandıran şəxs tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qəsdən 4 maşını yandıran şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin saytının məlumatına görə,  iyulun 3-də Qaraçuxur qəsəbəsində Malik Əliyevə, Oqtay İzətullayevə, Leyla Kərimovaya və “Socar Cape” şirkətinə məxsus avtomobillər qəsdən yandırılıb. Baş Cinayət Axtarışı İdarəsi, Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 32-i PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Xuduşov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info