
Bakıda qadına qarşı soyğunçuluq hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Xətai rayon Nəsrəddin Tusi küçəsi 31 ünvanındakı binanın girişində naməlum şəxs 1976-cı il təvəllüdlü Albina Babayevaya hücum edib. Soyğunçu 40 yaşlı qadının içində 140 manat, telefon, kart və sənədlər olan çantasını zorla əlindən alaraq qaçıb.
Faktla bağlı araşdırma aparılır
Qaynarinfo.az