Xəbər lenti

Bakıda 41 min dollarlıq dələduzluq - Saxlanılanlar var
Ölkə14:40 25.01.2025

Bakıda 41 min dollarlıq dələduzluq - Saxlanılanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41 min dollar və 5 min 720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşları əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundovu müəyyən edərək saxlayıb.
Bundan başqa, Sumqayıda bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.