
Binəqədi rayonunda 5 ədəd fərdi yaşayış evi yanıb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən 5 ədəd fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının qüvvələri cəlb olunub. Yanğın saat 09:10-da söndürülüb.
Qaynar.info