Xəbər lenti

Bakıda 5 mərtəbəli bina yandı
Ölkə14:14 18.05.2015

Bakıda 5 mərtəbəli bina yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Yasamal rayonunda 5 mərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən anspress-ə verilən məlumata görə, hadisə Yasamal rayon İcra Hakimiyyətinin yaxınlığındakı 5 mrətəbəli binalardan birində qeydə alınıb.
Yanğın binanın tüstü bacasında qeydə alınıb.
Hadisə barədə məlumat daxil ola kimi hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində hadisənin qarşısı alınıb. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info