
Bu ilin əvvəlindən Bakı şəhərində 494 avtoxuliqan həbs olunub.
Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, avtoxuliqanlar barəsində tərtib edilmiş inzibati protokollar məhkəmələrə göndərilib və onlar haqqında həbs qərarı verilib.Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, avtoxuliqanlıq inzibati xəta hesab olunur və bu xətaya görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla həmin şəxsə on günədək inzibati həbs tətbiq olunur.
Qaynar.info