Xəbər lenti

Bakıda 57 dilənçi saxlanıldı
17:54 28.02.2015

Bakıda 57 dilənçi saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Baş Polis İdarəsi şəhərdə "avara və dilənçilik həyat tərzi keçirən" 57 nəfəri saxlayıb. Qaynar.info publika.az-a istinadən xəbər verir ki, saxlanılanlar barəsində inzibati protokol tərtib edilib. 
Onların 28-i azyaşlıdır. Azərbaycan İnzibati Xətalar Məcəlləsinə əsasən, avaralıqla məşğul olmağa görə vətəndaşlara xəbərdarlıq edilir və ya barəsində on sutka inzibati həbs qərarı verilir.
Avaraçılıq edənlər əcnəbilərdirsə, onda ya cərimə edilir, ya ölkədən çıxarılırlar. Yetkinlik yaşına çatmayanları avaralığa cəlb etməyə görə isə, 10 manatdan 15 manatadək cərimə və ya 15 sutka inzibati həbs gözləyir.
Məcəllədə avaralığın təsnifatı belə verilib: "Bu maddədə avaralıqla məşğul olan dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür".
Qaynar.info

Oxşar xəbərlər