Xəbər lenti

Bakıda 6 mərtəbəli yaşayış binasında yanğın - 2 nəfər xilas edildi
Ölkə05:25 18.01.2017

Bakıda 6 mərtəbəli yaşayış binasında yanğın - 2 nəfər xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Paytaxtda altımərtəbəli yaşayış binasında yanğın olub.

Qaynarinfo.Az Fövləqadə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb.

Dördüncü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.Az