Xəbər lenti

Bakıda 6 nəfər liftdə qaldı
Ölkə19:57 03.12.2018

Bakıda 6 nəfər liftdə qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.
Digər məlumata əsasən, Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. FHN əməkdaşları liftdə qalan şəxsləri xilas ediblər.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!