Xəbər lenti

Bakıda 6 nəfər Novruz tonqalında yanıq xəsarəti aldı
Ölkə07:31 19.03.2014

Bakıda 6 nəfər Novruz tonqalında yanıq xəsarəti aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün qeyd olunan ilaxır çərşənbəsində Bakıda 6 nəfər tonqal ətrafında yanıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, onlardan 5-nin yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin-tibbi yardım göstərilib. Həkimin sözlərinə görə, onların bəzilərinin əlləri yanıb, biri isə külək nəticəsində alov üzünə vurub və yüngül yanıq xəsarətləri alıb.

Z.Vahidova qeyd edib ki, tonqal ətrafında yananlardan birinin dərəcəsi ağır olduğuna görə Respublika Yanıq Mərkəzinə yerləşdirilib: “Hadisə ötən gün Bakının Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 10 yaşlı Aliyə Həsənova tonqalın üzərindən tullanarkən alovun üstünə düşüb. Onun aşağı ətraflarında, sol əlində ciddi yanıq xəsarətləri olduğu üçün  Respublika Yanıq Mərkəzinə yerləşdirilib”.

Qaynar.info