Xəbər lenti

Bakıda 70 min manata alınan mənzil başqa şəxsə satılıbmış
Ölkə15:00 04.08.2016

Bakıda 70 min manata alınan mənzil başqa şəxsə satılıbmış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nərimanov rayonunda özünü MTK sahibi kimi təqdim edən şəxs dələduzluq edib.

Qaynarinfo.Az report-a istinadən bildirir ki, rayonun Təbriz küçəsi 63 ünvanında yerləşən "Dağlar" MTK-nın ofisində özünü MTK-nın sahibi kimi təqdim edən Çingiz adlı şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elnarə Abdullayevadan 70 min manat alaraq ona mənzil satıb. Sonradan məlum olub ki, həmin mənzil başqa adama satılıb.

Faktla bağlı polis əməkdaşları araşdırma aparır.

Qaynarinfo.Az