
Təklikdən şikayət edən kişi özünə qəsd edib
Ötən gün Bakının Binəqədi rayonu ərazisində ahıl kişi insanlara həyəcanlı anlar yaşadıb. Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib.
Belə ki, 1939-cu il təvəllüdlü Nazim Abidin oğlu Məmmədzadə özünü 9 mərtəbəli binanın damından atıb.
Araşdırmalar zamanı məlum olub ki, Nazim Məmmədzadə əsəb xəstəsi olub. O, həyat yoldaşından boşanıbmış. Nəsimi rayonunda kirayədə tənha yaşayırmış. Həmişə həyatdan və təklikdən şikayət edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info