
Paytaxtda yol polisin təqib etdiyi avtomobil qəza törədib.
Hadisə yerində olan Qaynarinfo.az-ın əməkdaşının verdiyi məlumata görə, yol polisinin "dur" əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmaq istəyən "Kia" markalı avtomobil yoldan çıxaraq qəza törədib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Polis əməkdaşları sürücünün maşını yenidən işə salmasını əngələmək üçün, maşının təkərlərini deşiblər. Sürücünün hansı səbəbdən əmrə tabe olmaması isə bilinmir.
Qaynarinfo.az





