Xəbər lenti

Bakıda 846 min rupi oğurlayan hindistanlı tutuldu
Ölkə10:27 19.01.2023

Bakıda 846 min rupi oğurlayan hindistanlı tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda pul oğurlayan əcnəbi tutulub.
Qaynarinfo DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846 000 rupinin (təxminən 17 min 681 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.
Araşdırma aparılır.