Xəbər lenti

Bakıda ağaclıq ərazidə yanğın başladı
Ölkə14:50 16.08.2021

Bakıda ağaclıq ərazidə yanğın başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İlkin məlumata əsasən, təxminən 300 m² ərazidə ağaclıq yanır.
Əlavə məlumat veriləcək.