Xəbər lenti

Bakıda ABŞ səfirliyinin maşını qəzaya düşdü
Ölkə06:20 10.10.2018

Bakıda ABŞ səfirliyinin maşını qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda səfirliyə məxsus avtomobil qəzaya uğrayıb.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.
Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yaşayan, 1977-ci il təvəllüdlü Bayat Conatanın idarə etdiyi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinə məxsus 060 D 038 dövlət qeydiyyat nişanlı avtomobillə 1976-cı il təvəllüdlü Faiq Abdullayevin idarə etdiyi "Sang Song Koranado" markalı 90 VM 912 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.