Xəbər lenti

Bakıda ABŞ səfirliyinin mühafizə rəisi qəzaya düşdü
Ölkə16:15 05.11.2014

Bakıda ABŞ səfirliyinin mühafizə rəisi qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 4-də Bakının Nəsimi rayonunda, Dilarə Əliyeva küçəsində ABŞ vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi (YNH) baş verib.

Bu barədə Vesti.Az-a Nəsimi rayon Polis İdarəsində bildiriblər.

ABŞ səfirliyinin mühafizə xidmətinin rəisi 1969-cu il təvəllüdlü Ceyms Falqost “Toyota” markalı avtomobili idarə edərkən Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Rizvan Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Xoşbəxtlikdən toqquşma zamanı zərər çəkən olmayıb. Yalnız Azərbaycan vətəndaşının avtomobili əzilib.

Fakt üzrə istintaq aparılır.//oxu.az