Xəbər lenti

Bakıda ağır qəza: 1 ölü, 2 yaralı
Ölkə05:50 03.04.2014

Bakıda ağır qəza: 1 ölü, 2 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bir ailənin üç üzvünü maşın vurub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 2-si saat 21 radələrində, Xəzər rayonu ərazisində, Bakı-Mərdəkan yolunda Bakı şəhər sakinləri - 1966-cı il təvəllüdlü Namiq Əliyev idarə etdiyi «Toyota-Prado» markalı avtomobillə 1992-ci il təvəllüdlü Türkanə Zərbəliyevanı, qızı 2009-cu il təvəllüdlü Rəna Emil qızını və bacısı 1995-ci il təvəllüdlü Xədicə Rəşidovanı vurub. 

Onlar xəsarətlə 3 saylı Xəstəxanaya yerləşdiriliblər. 

T.Zərbalıyeva xəstəxanada dünyasını dəyişib.

Qaynar.info