
Mayın 22-nə keçən gecə paytaxtın Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında ağır yol qəzası baş verib.
Qaynarinfo.az haqqin.az-a istinadən xəbər verir ki, 85 BL 777 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidməti xəbər verir ki, mayın 22-də saat 03 radələrində paytaxtın Nizami rayonu ərazisində Naxçıvan şəhər sakini İbrahim Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə İ.Məmmədovun sərnişinlərindən 25-30 yaşlı kişi hadisə yerində ölüb, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Qaynarinfo.az




