Bakıda baş vermiş yol qəzası nəticəsində azyaşlı uşaq ölüb.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Hövsan qəsəbəsində qeydə alınıb.
VAZ 2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın yol kənarındadkı su kollektoruna düşüb. Qəza nəticəsində sürücünün 8 aylıq uşağı ölüb.