Xəbər lenti

Bakıda ağır yol qəzası: sürücü yanaraq öldü
Ölkə05:20 04.02.2014

Bakıda ağır yol qəzası: sürücü yanaraq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xəzər rayonunda sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Qaynar.info-nun FHN-nin saytına istinadən xəbər verir ki, hadisə “Assamant” və “QAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində hər iki avtomobildə yanğın baş verib.

Hadisə yerinə baxış keçirən FHN xilasediciləri “QAZ” markalı avtomobildən yanmış, şəxsiyyəti naməlum cəsəd aşkarlayıblar.

Yanğın saat 03.25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

Qaynar.info