Bakıdakı İran Səfirliyinin qarşısında etiraz aksiyası keçirləcək.
Qaynar.info-nun verdiyi xəbərə görə, 4 noyabr tarixində saat 14:00-a planlaşdırılan aksiyanın keçirilməsinə səbəb İranda Urmiya zinadında 11 Azərbaycanləı milli fəalın edam olunmasıdır.
Qeyd edək ki, bu gün yayılan məlumata görə Urmiyada 11 milli fəal edam olunub. Onlardan 7 nəfərinin adı açıqlanıb. Onlar Kamil Səidi, Kamil Həbibi, Zəki Xani, Məhəmməd Gürcü, Müsəyyib Sadati, Vəli Məhəmmədzadə və Yədulla Məhmudidir. Qaynar.info