
Bu dəqiqələrə olan məlumata görə, artıq polis 10-a yaxın aksiya iştirakçısını saxlayıb. Onların arasında AXCP gənclər təşkilatının fəal üzvləri də var.
Əməkdaşımızın verdiyi məlumata görə artıq aksiya başlayıb. Əllərində plakatlar olan gənclər "Fəvvarələr" meydanında oturaraq "Qazimiz ölməsin, vətən morqa dönməsin" şüarları səsləndirirlər.
Müxbirimizin verdiyi məlumata görə, "Fəvvarələr meydanı"na daha dörd maşın polis əməkdaşı gətirilib. Artıq saxlanılanlar var. Onların sırasında gənc fəal Samir Poladov da var. Saxlanılanların hara aparıldıqları hələlik məlum deyil.
Reportyorumuz onu da bildirdi ki, "Fəvvarələr meydanı"nda yüzlərlə mülki geyimli polis əməkdaşı növbə çəkir.(musavat.com)








