Xəbər lenti

Bakıda alıcıları aldadan daha bir mağaza
15:00 06.03.2015

Bakıda alıcıları aldadan daha bir mağaza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ballı” marketdə əsassız qiymət artımının qarşısı alınıb. 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Qaynar.info verilən məlumata görə, istehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bazar küçəsi, mənzil 1 ünvanında Emil Məmmədova məxsus “Ballı” marketdə yoxlamalar aparılıb.

Aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu məlum olub. Bununla da, əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülür.

Qaynar.info 

Oxşar xəbərlər