Bakıda almanın qiymətində bahalaşma müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, hazırda böyük marketlərdə almanın bir kloqramı 3-4 manat arasında satılır. Qış aylarında bazarlarda kilosu 1-1,5 manata olan bu meyvə bazar piştaxtalardan yoxa çıxıb.
Satıcılar bunun səbəbini almanın bitməsi ilə əlaqələndirir:
"Anbarlarda alma yoxdur, olan da çox azdır. Onu da ancaq market şəbəkələri alır və alıcıya baha qiymətə satırlar. Hazırda mövsümə uyğun meyvə və tərəvəzlər satışdadır. Bu səbəbdən də almaya təlabat azalıb. Yaxın vaxtda artıq bazara təzə alma çıxacaq”.
Bahar Rüstəmli