Xəbər lenti

Bakıda ana azyaşlı uşağı ilə birlikdə itkin düşüb – FOTO
Ölkə16:14 23.06.2014

Bakıda ana azyaşlı uşağı ilə birlikdə itkin düşüb – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bakıda 45 yaşlı qadın itkin düşüb.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Bilgəh qəsəbə sakini, 1969-cu il təvəllüdlü Quliyeva Gülşən Kamal qızı 22 aprel 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. G.Quliyeva evdən çıxarkən onun əynində qara şalvar, qırmızı kofta olub.

Polisdən həmçinin bildirilib ki, G.Quliyeva evdən gedərkən 2 aylıq körpəsini də özü ilə aparıb.

Onu görənlərdən (012) 455 44 32 və (050) 750 60 06 nömrələrinə məlumat vermələri xahiş olunur.