Xəbər lenti

​Bakıda ana ilə 8 aylıq qızı dəm qazından zəhərləndi, qızı öldü
Ölkə11:54 24.03.2016

​Bakıda ana ilə 8 aylıq qızı dəm qazından zəhərləndi, qızı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində dəm qazından ölüm hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə martın 18-də paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 22 yaşlı Aysel Əsədova rayonun R.Allahverdiyev küçəsində yerləşən evində 8 alıq qızı Jasmin Əsədova ilə birgə dəm qazından zəhərlənib. Daha sonra qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, onun vəziyyəti ağır olaraq qalır. Lakin A.Əsədovanın 8 alıq qızı dəm qazından zənərlənərək vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qaynar.info