Xəbər lenti

Bakıda ana qız uşağı doğduğuna görə küçəyə atıldı - VİDEO
Ölkə18:18 16.02.2016

Bakıda ana qız uşağı doğduğuna görə küçəyə atıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onun günahı dünyaya qız uşağı gətirməsidir. Öz dediyinə görə əri qız uşağını namusuna ləkə hesab edərək onu evdən çıxmağa vadar edib.
Qaynar.info "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Aysel Əhmədova adlı bu qadın hamilə vaxtı bir neçə dəfə həkimə gedib və ona övladının oğlan olduğunu deyiblər. Amma doğuma az qalmış uşağın qız olacağını məlum olanda ağır günlər başlayıb.
Övladını dünyaya gətirən qadının uşağın qırxı çıxmamış küçələrə atılıb. Əvvəl atası evində sığınan gənc ana buradan da rədd cavabı alıb. Bir müddət küçələrdə qalan qadın sonra rəfiqəsi gilə pənah gətirib. Ancaq burda da həyat üzünə gülməyib.
Aysel Əhmədova sonda Bakıdakı sığınacaqlardan birinə gəlib. Ancaq nikahını rəsmiləşdirmədiyi üçün övladının atasına qarşı haqq tələbi yoxdur.
Qaynar.info