Xəbər lenti

Bakıda Andrey Karlovun xatirəsi anılır - FOTO
Ölkə07:56 21.12.2016

Bakıda Andrey Karlovun xatirəsi anılır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə bağlı Rusiyanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb.

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxinə başsağlığı verərək səfirlikdə açılan xatirə kitabına ürək sözlərini yazıb.

Anım mərasimində Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, diplomatik nümayəndələr də iştirak edib.

Xatirə kitabı 21 dekabr 10.00-dan 13.00-dək, 15.00-dan 17.00-dək, 22 dekabrda isə 10.00-dan 13.00-dək açıq olacaq.

Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qətlə yetirilib.(azvision.az)

Qaynarinfo.Az