Xəbər lenti

Bakıda aptekə basqın edildi
Ölkə06:20 23.04.2020

Bakıda aptekə basqın edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda aptekə basqın edilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İbadova Esmira Loğman qızı polisə müraciə edərək bildirib ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə olarkən naməlum şəxs əlində silahəbənzər əşya ilə içəri daxil olaraq onu hədələyib.
Naməlum şəxs aptekin kassasında olan 700 manatı götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.