Xəbər lenti

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına buraxıldı
Ölkə 20:45 05.02.2026

Bakıda atasını öldürməkdə ittiham olunan 15 yaşlı qız ev dustaqlığına buraxıldı

Bakıda atasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə qız barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsində qərar qəbul edilib.

Belə ki, Nizami Rayon Prokurorluğu tərəfindən yeniyetməyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, fevralın 2-də Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində 1977-ci il təvəllüdlü Rüfət Haşımovun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Onu da qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.
--> -->