Xəbər lenti

Bakıda atəşfəşanlıq olacaq
Ölkə06:59 08.05.2014

Bakıda atəşfəşanlıq olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda mayın 10-da Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atəşfəşanlıq olacaq.

Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) Trend-ə verilən məlumata görə, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında Gül bayramı keçiriləcək. Bakı sakinləri həmin bayrama dəvətlidirlər.

Bayram şənlikləri Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında saat 11:00-dan başlayacaq.

Bayram saat 21:00-da Milli Parkın ərazisində Saat qülləsinin yanında bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam edəcək.

Qaynar.info