Xəbər lenti

Bakıda avropasayağı küçə alveri (FOTO)
Ölkə16:40 17.03.2022

Bakıda avropasayağı küçə alveri (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avropasayağı küçə ticarətinə başlanılıb.
Qaynarinfo xəbər verir ki, bu, Sabunçu rayonu, Albalılıq yaşayış massivində qeydə alınıb.
O, küçədə stolun üzərinə məhsullarını yerləşdirib və pul qutusu qoyaraq satıcısız ticarətə başlayıb. Qəsəbə sakinləri qeyd edilən qiymətə yumurtanı götürərək ödənişi qutunun içərisinə atıblar.
"Belə qərara gəldik ki, təsərrüfatımızın yumurtalarının satışını küçədə heç kimin nəzarəti olmadan həyata keçirək. Çoxları buna ironiya ilə yanaşdı. Ancaq biz heç də yanılmadıq. Doğrudan da bizim millətimiz çox dürüst və bütün xalqlardan vicdanlıdır. Özünəxidmət formasında keçirilən satış tam özünü doğrultdu. Qutuda 84 manat 80 qəpik əvəzinə 85 manat pul var idi. Satışımız bu formada da davam edəcək. Bir sözlə, eşq olsun Azərbaycan xalqına”.